QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan “Avroviziya” təmsilçisi Fərid Məmmədov sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.
Müğənni küçədə olarkən polis avtomobilindən səslənən mahnını çəkərək yayımlayıb. Görüntülərdə polisin Xalq artisti Eyyub Yaqubovun ifa etdiyi “Bakılı balası”nı dinlədiyi görünür.
Fərid Məmmədov paylaşımına “Polis qardaş bizimkidir. Amerikada polis maşınında bakılı mahnısı” sözlərini əlavə edib.