QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, rusiyalı müğənni Qriqori Lepsin keçmiş sevgilisi Avrora Kibanın azərbaycanlı iş adamı ilə ailə həyatı qurmağa hazırlaşdığı bildirilir.
Rusiya mediasının yaydığı məlumata görə, 20 yaşlı Kibanın yeni sevgilisi 36 yaşlı iş adamı Rüstəm Hacıyevdir. Mənbələr toyun bu gün, noyabrın 13-də Bakıda baş tutacağını iddia edir.
Mərasimin geniş şəkildə təşkil olunacağı və çoxsaylı nüfuzlu şəxslərin iştirakının gözlənildiyi qeyd olunur.
2006-cı il fevralın 5-də doğulan Avrora Kiba daha əvvəl özündən 44 yaş böyük Qriqori Lepslə münasibətinə görə gündəmə gəlmişdi. Onların münasibəti Rusiyanın şou-biznesində geniş müzakirə olunmuşdu.
Toy hazırlıqları barədə yayılan məlumatlar hələlik Rüstəm Hacıyev tərəfindən təsdiqlənməyib.