QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Uill Smitin oğlu Ceyden Smit 82 yaşlı Mişel Lami ilə Parisdə kameralara tuş gəlib.
Cütlük şəhər küçələrində gəzərkən çəkilib. Onların səmimi görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Ceydenin 28, Mişel Laminin isə 82 yaşı var.
Ceyden münasibəti barədə açıqlamasında deyib: “Onunla tanış olanda bütün həyatım dəyişdi. Hamı aramızdakı yaş fərqinə mənfi reaksiya verir. Lakin mən bunu aramızdakı əngəl kimi görmürəm”.
1944-cü ildə anadan olan Mişel Lami fransalı rəssam və stil ikonasıdır. Qızılı örtüklü dişləri, qara rəngə boyadığı barmaqları və əlləri ilə moda aləmində seçilən simalardandır.
Lami, həmçinin, kosmetik cərrahiyyəyə qarşı mövqeyi ilə tanınır.