QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ağcabədidə avtomobilin vurduğu piyada xəstəxanada həyatını itirib.

Hindarx qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Elmin Rüstəmov müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

O, noyabrın 9-da qəsəbə ərazisində “Mercedes” markalı avtomobilin vurması nəticəsində xəsarət almışdı.

Hadisə ilə bağlı araşdırma aparılır.