QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakıda bir həftə əvvəl alınan avtomobilin üzərinə qaz borusu düşüb və nəqliyyat vasitəsi iki hissəyə ayrılıb.
Avtomobilin sahibi bildirib ki, hadisəni pəncərədən baxan həyat yoldaşı görüb. O, maşının sığortalandığını da qeyd edib.
Qaz xəttinin üzərinə aşan ağac kəsilərək hissələrə parçalanıb. Hadisədən sonra mənzillərə qaz verilişi dayandırılıb.