QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Sumqayıtın 8-ci mikrorayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

2002-ci il təvəllüdlü Əli Mahmudov xəsarət alaraq xəstəxanaya aparılıb. Onun sözlərinə görə, bıçaq zərbələrini tanımadığı şəxs endirib.

Hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.