QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan və Ermənistanın Vaşinqtonda yaranmış tarixi fürsətdən yararlanmasına görə hər iki ölkəyə minnətdarlığını bildirib.

Vadeful bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

“Bu məsələ Ermənistanda görüşümün əsas mövzusu olacaq. Sülh müqaviləsinin imzalanması üçün əlimizdən gələni edəcəyik. Azərbaycan Prezidenti də buna hazır olduğunu ifadə edib”, – nazir deyib.