QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Yasir Ərəfatın şəxsi həkimi kimi tanınan Əminə əl-Müfti Fələstin rəhbərliyinin yüksək dairələrinə daxil olur, əldə etdiyi məxfi məlumatları İsrail kəşfiyyatına çatdırırdı. O, uzun müddət ifşa edilmədən fəaliyyət göstərsə də, sonradan həbs olunaraq ağır işgəncələrə məruz qaldı və illərlə Livanda əsir saxlanıldı. Onun taleyində ərəb silahlı qruplaşmalarının, sovet KQB-sinin və Şərqi Almaniyanın “Ştazi” kəşfiyyatının rol oynadığı iddia edilir.
Ammanda nüfuzlu çərkəz ailəsində doğulan Əminə yaxşı təhsil almış, tibb sahəsində ixtisaslaşmışdı. İntellekti, peşəkarlığı və ünsiyyət bacarığı ona ətrafındakıların etibarını qazandırmışdı. Ailəsi başqa çərkəzlərlə birlikdə Qafqazdan köçərək İordaniyada məskunlaşmışdı.
Əminə uşaqlıq illərini fələstinli ərəblərin arasında keçirib, təhqir və təhdidlərlə üzləşib, yad mühitdə olduğunu hiss edib. Bəzi bioqrafik mənbələr onun sonradan İsrail kəşfiyyatı ilə əməkdaşlığında həmin təcrübələrin və fələstinlilərə münasibətinin нөл?