QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi müharibənin 1721-ci günü üçün Ukrayna ordusunun itkilərinə dair məlumatları yeniləyib.
Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynaya məxsus 674 təyyarə, 284 helikopter və 283 966 pilotsuz uçuş aparatı məhv edilib.
Onun sözlərinə görə, məhv edilənlər arasında 672 zenit-raket kompleksi, 31 588 tank və digər zirehli texnika, 1 795 reaktiv yaylım atəş sistemi, 36 903 artilleriya qurğusu və minaatan, həmçinin 76 819 xüsusi təyinatlı hərbi avtomobil var.