QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Apple süni intellekt sahəsində rəqiblərindən geri qalması ilə bağlı tənqidlər fonunda bu istiqamətdə fəaliyyətini genişləndirməyə hazırlaşır.
Bloomberg-in texnologiya yazarı Mark Qurmanın bildirdiyinə görə, sentyabrda CEO postuna keçən yeni rəhbər proqram təminatı bölməsinin rəhbəri Kreyq Federiqiyə süni intellekt üzrə işləri sürətləndirməyi tapşırıb.
Google və Microsoft bu texnologiyalara böyük sərmayələr yönəltdiyi halda, Apple daha ehtiyatlı yanaşma nümayiş etdirib. Şirkət xüsusən Siri səsli köməkçisini rəqiblərin məhsulları ilə eyni səviyyəyə çatdırmaqda çətinlik yaşayıb.
Apple Siri-ni istifadəçilərin gündəlik müxtəlif tapşırıqlarını özü yerinə yetirə biləcək, daha geniş imkanlı şəxsi köməkçiyə çevirməyi əsas məqsəd seçib.
Şirkətin yeni strategiyası süni intellekt bazarındakı mövqeyini möhkəmləndirməyə və rəqiblərlə texnoloji fərqi azaltmağa yönəlib.