QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzaladığını açıqlayıb.

Klubun rəsmi məlumatında bildirilib ki, razılaşmaya əsasən, 21 yaşlı oyunçu 2032-ci il iyunun 30-dək Madrid təmsilçisində çıxış edəcək.

Yeni müqavilə ilə Arda Gülər karyerasını İspaniya klubunda uzun müddət davam etdirəcək.