QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Qalatasaray”ın müdafiəçisi El Şaday Bitşiabunun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır. İstanbul təmsilçisinin rəhbərliyi 21 yaşlı fransalı oyunçunun icarəsini bitirmək üçün yanvar ayınadək gözləyə bilər.

Bu qərarın mümkün səbəbi əcnəbi futbolçular üçün nəzərdə tutulan heyət limitində boş yer yaratmaqdır. Bununla yanaşı, “Qalatasaray”la “Leypziq” arasında icarə müqaviləsinin vaxtından əvvəl ləğvinə dair indiyədək rəsmi təmas baş tutmayıb.

Bitşiabu mövsümün əvvəlində satınalma hüququ şərti ilə “Leypziq”dən icarəyə götürülüb. Gənc müdafiəçi İstanbul klubunun heyətində indiyədək bir oyunda meydana çıxıb və həmin qarşılaşmada 21 dəqiqə oynayıb.