QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Luis Suares Lamine Yamalın Lionel Messi ilə müqayisələrini dəyərləndirib. Uruqvaylı futbolçu bu yanaşmanın həm gənc oyunçuya, həm də reallığa uyğun olmadığını deyib.
Suares 18-19 yaşlı futbolçu ilə 39 yaşında bütün mümkün uğurlara imza atmış Messinin müqayisə edilməsini düzgün hesab etmədiyini vurğulayıb.
Təcrübəli hücumçu bildirib: “Messinin əldə etdiklərini nəzərə alsaq, ona çatmaq demək olar ki, qeyri-mümkündür. Şəxsən mən düşünürəm ki, kimsə onun nailiyyətlərini təkrarlaya bilməyəcək.”