QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Real Madrid” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə bağlayıb. Klubun açıqlamasında 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətinin 2032-ci ilin yayına qədər artırıldığı bildirilib.
Yeni razılaşmaya əsasən, Gülərin maaşı da yüksəldilib. Onun əvvəlki müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi.
Arda Gülər 2023-cü ildə “Fənərbağça”dan “Real Madrid”ə transfer olunub.