QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Real Madrid” Arda Gülərlə yeni, uzunmüddətli müqavilə imzalayıb. Razılaşma 2032-ci ilin yayına qədər nəzərdə tutulub.
Komandadakı çıxışı və inkişafı ilə məşqçilər korpusunun etimadını qazanan yarımmüdafiəçinin gələcəyi beləliklə Madrid klubu ilə bağlanıb. Müqavilənin müddəti klubun gənc futbolçuya güvəndiyini və gələcək planlarında ona yer ayırdığını göstərir.