QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Əməkdar mədəniyyət işçisi və Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirib ki, cənazə bu gün səhər saat 05:30-da paytaxta çatdırılıb. Teatrın direktoru və bir neçə əməkdaşı hava limanında nəşin qarşılanmasında və yola salınmasında iştirak edib.

Rüstəmovanın sözlərinə görə, Fətullayevin nəşi hazırda Lerikə aparılır. O, doğulduğu Çayurd kəndində dəfn olunacaq.