QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsində insident baş verib.

2007-ci il təvəllüdlü, Astara rayonunun Şümrüd kənd sakini Samir Sərvərov (ad və soyad şərtidir – red.) inzibati binada olduğu vaxt xidmət əməkdaşlarının tələblərinə tabe olmayıb. O, çağırış vərəqəsini cırıb, həmçinin polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyib.

Faktla bağlı S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə protokol hazırlanıb. Məhkəmə qərarı ilə o, 8 gün inzibati qaydada həbs edilib.