QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.
Nazir Anar Əliyevin imzaladığı əmrə əsasən, Ayşən Bayramova qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə gətirilib.
Bayramova 2023-cü ildən bu təyinata qədər nazirlikdə baş məsləhətçi işləyib. O, 2015-2023-cü illərdə isə aparıcı məsləhətçi vəzifəsində çalışıb.