QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan mobil və sabit genişzolaqlı internetin sürətinə görə beynəlxalq sıralamada mövqelərini itirib.

Hesabat dövründə ölkədə mobil internetin orta sürəti saniyədə 96,17 meqabit qeydə alınıb. Bu nəticə Azərbaycanı qlobal reytinqdə iki pillə aşağı salaraq 49-cu yerə endirib.

Sabit genişzolaqlı internet üzrə orta sürət saniyədə 93,51 meqabit olub. Bu göstərici ilə ölkə reytinqdə iki mövqe geriləyərək 83-cü sırada qərarlaşıb.