QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə görüş keçirib.
Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini vurğulayıblar. Son vaxtlar qarşılıqlı səfər və görüşlərin artması əlaqələrin yüksək səviyyədə olmasının, eləcə də əməkdaşlığı genişləndirmək istəyinin göstəricisi kimi qiymətləndirilib.
Görüşdə ticarət və iqtisadiyyat, investisiya, nəqliyyat və tranzit, enerji, humanitar sahələrdə, habelə digər istiqamətlərdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf imkanları müzakirə olunub.