QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin sentyabrında Azərbaycandan Ermənistana 3 939,34 ton dizel yanacağı ixrac olunub.
Rəsmi məlumatlara əsasən, göndərilən yanacağın dəyəri 5 milyon 831 min 520 dollar təşkil edib. İxrac olunan dizelin bir litrinin orta gömrük qiyməti 1,24 dollar, yaxud 2,11 manat olub.
Azərbaycanın Ermənistana yanacaq tədarükü 2025-ci ilin dekabrında başlanıb. Daşınma Gürcüstan ərazisindən keçən dəmir yolu ilə həyata keçirilir.