QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Birbank 4 noyabr–4 dekabr 2026-cı il tarixlərində “Böl-ödə” krediti üzrə kampaniya keçirir. Kampaniya çərçivəsində minlərlə partnyor mağazada 15 000 AZN-dək alış-veriş etmək, məbləği isə 2, 3 və ya 6 ay müddətinə 0 faiz komissiya ilə ödəmək mümkündür.

Müştərilər məhsul və xidmətlər üçün ödəniş müddətini büdcələrinə uyğun seçə bilərlər. Beləliklə, alışın ümumi məbləğini birdəfəlik ödəmək əvəzinə, seçilmiş müddət ərzində hissə-hissə ödəmək imkanı yaranır.

“Böl-ödə” krediti 100 manatdan 15 000 manatadək məbləğdə verilir. Standart ödəniş müddətləri 2, 3, 6, 12, 18, 24 və 35 aydır. Kampaniya dövründə isə 2, 3 və 6 aylıq seçimlərə komissiya hesablanmır.

Ətraflı məlumat https://www.b-b.az/hoRjXB ünvanında yerləşdirilib.

Kapital Bank-ın əmtəə nişanı olan Birbank-ın mobil tətbiqindən 3 milyondan çox insan fəal istifadə edir. Bankın Azərbaycanda 120 filialı, 48 şöbəsi və 15 Rəqəmsal Mərkəzi var. Məhsul və xidmətlər barədə məlumatı birbank.az saytından və 196 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.