QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 175 milyon 266,5 min manat əlavə dəyər vergisi (ƏDV) geri verilib.
Məbləğ pərakəndə satış və ictimai iaşə obyektlərində alınmış məhsullara, eləcə də müəyyən xidmətlər üzrə ödənilən verginin qaytarılması nəticəsində formalaşıb.
Geri ödənilən ƏDV-yə teatr tamaşaları və filmlərə baxış, muzeylərə giriş, simfonik orkestr konsertləri, tibb müəssisələrinin və özəl tibbi praktikanın xidmətləri daxildir. İşğaldan azad olunmuş ərazilərdə yerləşən hotellərdə gecələmə və qalma xidmətləri üçün ödənmiş vergi də bu məbləğə aiddir.
Hesabat dövründə xarici vətəndaşlara “Tax Free” mexanizmi ilə 8 milyon 271,2 min manat ƏDV qaytarılıb.
Beləliklə, ilin ilk on ayında yerli istehlakçılara və xarici vətəndaşlara geri verilən ƏDV-nin cəmi 183 milyon 537,7 min manat olub.