QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Mançester Yunayted” baş məşqçi Maykl Kerriklə əməkdaşlığı dayandırıb. Klubun mətbuat xidməti qərarla bağlı məlumat yayıb.

Rəhbərlik mövsümün uğursuz başlanğıcından sonra hədəflərə çatmaq üçün baş məşqçinin dəyişdirilməsini zəruri sayıb. Klub Kerrikin tarixində əfsanəvi futbolçulardan biri olduğunu qeyd edib, onun oyunçu və məşqçi kimi peşəkarlığını, fədakarlığını yüksək dəyərləndirib.

Kerrik 2026-cı ilin yanvarında Ruben Amorim ayrıldıqdan sonra komandaya rəhbərlik etməyə başlayıb. May ayında onunla 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Mütəxəssisin rəhbərliyi dövründə “Mançester Yunayted” 32 matç keçirib. Komanda bu qarşılaşmalardan 15-də qalib gəlib, səkkizində heç-heçə edib, doqquzunda isə məğlub olub.

Baş məşqçi vəzifəsi üçün əsas namizədlər sırasında ABŞ millisinin çalışdırıcısı Maurisio Poçettino da göstərilir. Tərəflər arasında danışıqların aparıldığı bildirilir.