QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycanda müxtəlif kateqoriyalar üzrə 407,6 min nəfərə Prezident təqaüdü və fəxri adlara görə təqaüd təyin edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hazırda “Xalq” fəxri adı daşıyanlara ayda 300 manat, “Əməkdar” fəxri adına layiq görülənlərə isə 200 manat ödənilir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1700 manatdır. Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdü alan tələbələrə aylıq 350 manat verilir.