QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda 6 noyabr 2026-cı il tarixində iş günü qısaldılmayacaq. Qanunvericilik bayramlardan əvvəl iş vaxtının bir saat azaldılmasını nəzərdə tutsa da, bu tarix həmin qaydaya daxil deyil.

7 noyabr şənbə gününə, 8 noyabr Zəfər Gününə, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir. 10 noyabr da əlavə istirahət günü olacaq.

Beşgünlük iş həftəsi ilə işləyənlər üçün noyabrın 7-dən 10-dək dörd gün ardıcıl qeyri-iş günü nəzərdə tutulub. İş həftəsi noyabrın 11-də yenidən başlayacaq.