QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən üç məhdud məsuliyyətli cəmiyyət ləğvetmə prosesinə başladığını açıqlayıb.
Ləğv edilən şirkətlər “Qalf Akses” MMC (VÖEN: 1000916731), “Hezz” MMC (VÖEN: 1301236301) və “Nevado Travel” MMC-dir (VÖEN: 1302225501).
“Qalf Akses” MMC-nin kreditorları tələblərini iki ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 31, mənzil 32 (indeks: 1102) ünvanına təqdim edə bilərlər.
“Hezz” və “Nevado Travel” MMC-lərin kreditorları da tələblərini iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 27, mənzil 1 (indeks: 1100) ünvanına göndərə bilərlər.