QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən Uber taksi sifarişi xidməti bundan sonra Heetch AZ adı ilə işləyəcək.
Ad dəyişikliyi barədə məlumat tətbiqin Google Play-dəki səhifəsində yerləşdirilib. Tətbiqin açıqlamasında Uber AZ-ın artıq Heetch adlandığı və platformada yalnız adın dəyişdiyi qeyd olunub.
Bununla belə, tətbiqin texniki identifikatoru əvvəlki kimi qalıb. Bu, xidmətin əvvəlki tətbiq üzərindən davam etdiyini göstərir.