QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Baku TV-nin “Aktual Gündəm” proqramında energetik içkilərin istifadəsi və tərkibindəki kofeinin asılılıq yaratmaq ehtimalı müzakirə edilib.

Söhbət zamanı qablaşdırmalarda hamilə qadınlara, uşaqlara və həssas şəxslərə bu içkilərin tövsiyə olunmadığı barədə xəbərdarlıqların yer alması məsələsi də gündəmə gəlib.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, həmin xəbərdarlıqlar energetik içkilərin sağlam insanlar üçün tam zərərsiz olduğunu göstərmir.

“Belə çıxır ki, zəif adama, hamilələrə pis təsir edən bir məhsul sağlam adama yaxşı təsir edər? Məntiq haradadır? Bu yanaşma doğru deyil”, – deyə Hüseynov qeyd edib.