QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Hadisə Çeşməbasar kəndində “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıblar.

Xəsarət alanların şəhid Zaman Məmmədlinin valideynləri olduğu bildirilir. Qəza zamanı qaz infrastrukturuna da ziyan dəyib.

Hadisə yerində polis və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyib. Faktla bağlı araşdırma aparılır.