QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakcell abunəçiləri mobil tətbiqdəki VIP Çarx vasitəsilə iPhone 17 modelləri və başqa hədiyyələr qazanmaq imkanı əldə ediblər.
Hədiyyələr sırasına İstanbul istiqamətinə gediş-dönüş aviabiletləri, smart saat, qulaqlıq, planşet və televizorlar, həmçinin 20 GB-dək internet paketləri daxildir. Bu mükafatları əldə etmək yalnız VIP Çarxda mümkündür.
İki standart çarx çevirməsindən sonra istifadəçi üçün bir VIP Çarx aktiv olur. Çarxı çevirmək istəyən abunəçilər Bakcell tətbiqinə daxil olaraq müvafiq bölməyə keçə bilərlər.
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkəti kimi üç milyondan çox müştəriyə telekommunikasiya xidmətləri göstərir. Şirkət qeyri-neft sektorunun iri investorlarından biridir və süni intellektə əsaslanan həllərlə ölkənin dayanıqlı inkişafına töhfə verir.
Bakcell Azerconnect Group-un tərkibində fəaliyyət göstərir. Azerconnect Group isə müxtəlif ölkə və sahələrdə çalışan NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxildir.