QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində sərnişin avtobusu qəzaya düşüb.

337 saylı orta məktəbin qarşısında 162 saylı marşrutla hərəkət edən avtobus idarəetməni itirərək qarşısında gedən “Opel” markalı avtomobillə toqquşub. Zərbədən sonra avtomobil yoldan çıxıb və yol kənarında olan piyadanı vurub.

Avtobusda xəsarət alanların olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.