QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində bir neçə yaşayış məntəqəsini birləşdirən körpünün uçmasından təxminən bir il keçib, lakin onun yerində yeni körpü inşa olunmayıb. Ərazidə qalan dağıntılar da sakinlərin hərəkətini çətinləşdirir.
Sakinlərin bildirdiyinə görə, ötən ilin sonunda körpünün dağılmasından sonra yeni keçidin tikilməsi və alternativ yolun salınması vəd olunub. Ancaq bu planlar indiyədək həyata keçirilməyib. İkinci Küryanı kollektorunun o biri sahilinə çatmaq istəyənlər indi on kilometrlərlə yol getməli olurlar.
Körpünün yoxluğu kənd təsərrüfatı işlərinə də maneə yaradır. Əkin sahələrinin əksəriyyəti kollektorun qarşı tərəfində olduğundan, sakinlər alternativ yol çəkilmədiyi üçün təsərrüfat işlərini vaxtında yerinə yetirə bilmədiklərini deyirlər.