QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Hindistanın Caqatpur kəndində kişi həyat yoldaşını stula bağladıqdan sonra yandırıb. Polis hadisənin qısqanclıq zəminində baş verdiyini bildirib.
Polisin məlumatına görə, Suxbir Sinqh Sonamla 11 il əvvəl evlənib. Onların iki övladı olub. Sonradan qadın başqa kişi ilə münasibət qurub və ərindən ayrılmaq niyyətini bildirib.
Qətldən iki gün əvvəl kənddə təşkil olunan görüşdə Sonam sevgilisi ilə əlaqəni kəsməyə razılaşıb. Həmin axşam kişi zəhər qəbul edərək intihara cəhd edib. O, xəstəxanaya aparılıb və xilas edilib.
Növbəti gün Suxbir Sinqh ilə həyat yoldaşı arasında mübahisə düşüb. Kişi qadını stula bağlayıb, üzərinə benzin tökərək yandırıb. Qonşular evdən gələn səsləri eşidərək polisə məlumat veriblər. Suxbir Sinqh isə arvadını alov içində qoyub hadisə yerindən qaçıb.
Polis əməkdaşları ünvana çatarkən qadının yanmış meyitini tapıblar. Şübhəli sonradan saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.