QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Baku TV-nin “Aktual gündəm” proqramında dərsliklərdəki mətnlərin məzmunu və onların şagirdlərin yaşına uyğunluğu müzakirə olunub.

Söhbət 7-ci sinif dərsliyində verilən şeirdən və orada təsvir edilən Fateh obrazından gedib. Çalışqan və intizamlı uşaq kimi təqdim olunan Fatehin dərsə gecikmədiyi, hər kəsə yardım etdiyi, oxumaqdan yorulmadığı və hazır yazıları köçürmədiyi bildirilir.

Verilişin aparıcısı Elçin Əlibəyli şeirin 12-13 yaşlılar üçün maraqlı və faydalı olub-olmadığını soruşub. O, “Yeddinci sinif şagirdi bunu niyə öyrənsin ki?! Şagird 12 yaşında artıq “Tom Soyerin macəraları”nı oxumalıdır”, - deyə bildirib.

Pedaqogika üzrə fəlsəfə doktoru Soltan Hüseynoğlu isə şeirdə uşaqlar üçün müsbət nümunə ola biləcək obrazın yaradıldığını vurğulayıb.