QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul alan jurnalist Camal Bağırzadə saxlanılıb.

Polis əməkdaşları onu vətəndaşların çoxsaylı şikayətlərindən sonra tutublar. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Nizami Rayon Məhkəməsi polisin təqdimatını nəzərə alaraq Camal Bağırzadə barədə həbs qərarı verib. O, “VƏKİLİN SƏSİ” qəzetinin baş redaktorudur.