QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda yol qəzasında həyatını itirən kuryer Asif Ağaverdiyev dəfn olunub. Mərasimə çox sayda motosikletçi qatılıb və onlar mərhumun nəşini motosikletlərlə müşayiət ediblər.

Qəza ötən gün saat 10 radələrində Yasamal rayonu, Moskva prospekti 45 ünvanında, “Şamaxinka” kimi tanınan ərazidə tunelin girişində qeydə alınıb. Q.Qaçayevin idarə etdiyi “Toyota” ilə Asif Əliheydər oğlu Ağaverdiyevin sürdüyü “Dayun DY-156-ES” markalı motosiklet toqquşub. Kuryer işləyən motosikletçi aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.