QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin əsasnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, 2009-cu il 14 may tarixli 95 nömrəli fərmanla təsdiqlənən Əsasnamənin 13-cü bəndinin birinci cümləsindəki “iki” sözü “üç” sözü ilə əvəzlənib. Bununla komitə sədrinin müavinlərinin sayı artırılıb.