QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, sabah Bakı və Abşeron yarımadasında səma dəyişkən buludlu olacaq, bəzi vaxtlarda buludlanma artsa da, əsasən yağış yağmayacaq.

Gecə şəhərətrafı ərazilərin bəzi hissələrində az yağıntı mümkündür. Cənub-qərb istiqamətli mülayim külək əsəcək. Gecə 7-10, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır. Atmosfer təzyiqinin 761-dən 758 mm civə sütununa düşəcəyi, nisbi rütubətin isə 55-65 faiz olacağı bildirilir.

Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Gün ərzində Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində arabir yağıntı, dağlıq yerlərdə qar gözlənilir. Ayrı-ayrı ərazilərdə duman ola bilər, qərb küləyi əsəcək.

Gecə temperatur 5-9, gündüz 15-19 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti gözlənilir.