QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakıda qeyri-sabit hava şəraiti hökm sürür. Paytaxtın bəzi ərazilərində güclü külək fonunda leysan yağır, ayrı-ayrı yerlərə isə dolu düşüb.

Yağıntı və külək şəhərin müxtəlif hissələrində qeydə alınır.

Milli Hidrometeorologiya Xidməti bu gün Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkənin bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıqlar açıqlayıb.

Narıncı xəbərdarlıq çərçivəsində Bakı və Abşeron yarımadasında, Naxçıvan MR-də, Hacıqabul, Neftçala, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Göyçay, Naftalan, Goranboy, Daşkəsən, Şəki və Oğuzda şimal-qərb küləyinin sürətinin saniyədə 20,8–28,4 metrə çatacağı gözlənilir. Digər bölgələr üçün sarı xəbərdarlıq verilib: burada şimal-qərb küləyinin sürəti saniyədə 13,9–20,7 metr olacaq.