QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, 2026-cı ildə Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində avtomobil yollarının əsaslı şəkildə təmiri planlaşdırılır. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti satınalma müsabiqəsi elan edib.

Yol infrastrukturu Xırdalan şəhərində, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələrində, həmçinin Novxanı, Masazır və Fatmayı kəndlərində yenilənəcək.

Layihənin ehtimal olunan dəyəri 2 milyon 832 min 754 manat 2 qəpikdir. Təmirin məqsədi rayon üzrə yol infrastrukturunu yaxşılaşdırmaq, sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.