QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə mətbuat konfransında regional proseslər barədə danışıb.
Bayramov daha geniş coğrafiyada baş verən hadisələrin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, söhbət zamanı narahatlıq doğuran bir sıra məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və onun geniş bölgəyə mənfi təsirləri nəzərdən keçirilib.
Nazir Yaxın Şərqdə gərginliyin davam etdiyini, İran ətrafındakı vəziyyətin isə sabitləşmədiyini və risklərin mövcudluğunu vurğulayıb. O, müharibə və münaqişələrin dayandırılmasının, diplomatik həll yollarının tapılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Bayramov Budrisin Azərbaycana səfərini ümumilikdə uğurlu qiymətləndirib.