QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərə rəhbər təyin olunan 10 nəfər ictimaiyyətə təqdim edilib.

Gəncə şəhərindəki məktəblərin yeni direktorları Zəhra Tofiq qızı Cabbarova, Günay Çingiz qızı Əhmədova, Raifə Alim qızı Əsgərova, Gülnar Müşviq qızı Hüseynova, Şəfa Məcid qızı Rüstəmova və Rza İbrahim oğlu Ələsgərovdur.

Cabbarova Mirzə Ələkbər Sabir adına 5 nömrəli, Əhmədova Nizami Aydın adına 18 nömrəli, Əsgərova Mikayıl Müşfiq adına 14 nömrəli, Hüseynova 32 nömrəli, Rüstəmova Əhməd Cavad adına 2 nömrəli, Ələsgərov isə 17 nömrəli tam orta ümumtəhsil məktəbinə rəhbərlik edəcək.

Goranboy rayonunda Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə Vəfa Sadıq qızı Rəhimova təyin olunub.

Göygöl rayonunda Mollacəlilli kənd tam orta ümumtəhsil məktəbinə — Səxavət Hüseynov adına təhsil müəssisəsinə — Zəhra Elxan qızı Hüseynova, İbrahim Hüseynov adına 1 nömrəli tam orta məktəbə isə Cavid Cabir oğlu İbrahimov rəhbərlik edəcək.

Kəlbəcər rayonundakı 11 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Amil Allahverdi oğlu Həsənov olub.

Təyinat alan direktor müavinlərinin də ictimaiyyətə təqdim olunacağı gözlənilir.