QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) kadr dəyişiklikləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sosial şəbəkədə yaydığı açıqlamada qeyd olunub ki, rektor Məleykə Abbaszadə noyabrın 19-da kollektivə təqdim edilib. Vəzifəsinin icrasına başladıqdan sonra o, heç bir əməkdaşın işdən çıxarılması və ya təyin olunması barədə əmr imzalamayıb.
BDU məlumatların yayımından əvvəl universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirilməsini və rəsmi xəbərlərə əsaslanılmasını xahiş edib.
Bundan əvvəl rektor köməkçisi vəzifəsində çalışan Nərmin Heydərlinin Məleykə Abbaszadənin əmri ilə işdən azad edildiyi barədə məlumat yayılmışdı.