QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) rektorun köməkçisi Nərmin Heydərlinin işdən çıxarıldığı barədə yayılan məlumat doğru deyil.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin yaydığı açıqlamada bildirilib ki, rektor vəzifəsinin icrasına başladıqdan sonra heç bir əməkdaşın işdən azad olunması və ya hər hansı vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalamayıb.
Beləliklə, Nərmin Heydərlinin vəzifəsindən azad edildiyi barədə məlumat universitetin açıqlaması ilə təkzib olunub. Şöbə BDU ilə bağlı xəbərlərin dəqiqləşdirilmədən yayılmamasını, məlumatların rəsmi açıqlamalara əsaslanmasını xahiş edib.