QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən restoranlardan birində dava baş verib.
35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üzünə bir neçə dəfə yumruq vurub. Əliağa xəsarət alıb. Hadisə vaxtı onun həyat yoldaşı da yanında olub.
Erol ifadəsində qarşıdurmanın Əliağanın onun dayısıqızına söz atmasından sonra yarandığını bildirib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və vurduğu ziyanı ödədiyini deyib. Əliağa da Eroldan şikayətçi olmadığını bildirib.
Məhkəmə cinayət işinə xitam verib və Erolu məsuliyyətdən azad edib.