QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, amerikalı müğənni Beyons “Morning Dew (Donk)” ifasına görə “Ən yaxşı solo R&B ifası” nominasiyasında “Qremmi”yə namizəd göstərilib. Bununla o, mükafat tarixində 100 dəfə namizədliyi qeydə alınan ilk musiqiçi olub.

Həmin kateqoriyada Beyonsla yanaşı Kehlaninin “Out The Window”, Viktoriya Monenin “Let Me”, Cil Skottun “Pressha” və Temsin “What You Need” mahnıları da mübarizə aparacaq.

Britaniyalı müğənni Rey isə 11 nominasiya qazanıb. Bu, bir qadın ifaçının eyni mərasimdə əldə etdiyi ən yüksək namizədlik sayıdır. Ötən il Beyons da 11 nominasiya üzrə namizəd olmuşdu.

69-cu “Qremmi” mükafatlandırma mərasimi 2027-ci il fevralın 7-də keçiriləcək.