QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakının Biləcəri qəsəbəsində, “Avtovağzal” metro stansiyasının yaxınlığında yerləşən Kristalın Biləcəri Yaşayış Kompleksində satışda olan mənzillərin sayı azalır. Layihədə sahəsi 50,16 kvadratmetrdən başlayan 2 otaqlı studiyalardan 109,34 kvadratmetrlik 4 otaqlı mənzillərədək seçim var.

Satış təkliflərinə 50,16–56,09 kvadratmetr sahəli 2 otaqlı studiyalar, 75,16–77,64 kvadratmetr sahəli 3 otaqlı studiyalar və 87,60–105,35 kvadratmetr arasında olan 3 otaqlı mənzillər daxildir. Həmçinin 109,34 kvadratmetrlik 4 otaqlı mənzillər də mövcuddur.

Tikintisi davam edən mənzilləri 27 100 AZN-dən başlayan ilkin ödənişlə, 20 ilədək müddətə ipoteka ilə almaq mümkündür. Alıcılara illik 8 faizdən başlayan güzəştli kredit və “Evini hissə-hissə al” modeli də təklif olunur. Sonuncu modeldə mənzil mərhələlərlə əldə edilir, faiz və aylıq ödəniş öhdəliyi nəzərdə tutulmur.

Kompleks “Avtovağzal” metro stansiyasına və şəhərin əsas nəqliyyat yollarına yaxın ərazidə yerləşir. Mənzillər tanınmış Avropa brendlərinin məhsulları ilə tam təmirli təhvil veriləcək.

Layihədə yaşıllıq və istirahət sahələri, piyada və velosiped yolları, uşaq meydançaları, idman zonaları, yeraltı avtomobil dayanacağı, ticarət və xidmət obyektləri, həmçinin 24/7 mühafizə sistemi planlaşdırılıb.

Kompleksdə satışda qalan mənzillərin sayı məhduddur. Mövcud variantlar, qiymətlər və ödəniş qaydaları barədə məlumatı Kristalın satış ofisindən və ya *1544 qısa nömrəsinə zəng etməklə əldə etmək olar. Ünvan: Biləcəri qəsəbəsi, X. Natəvan küçəsi 52C.