QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.
Paylaşımda Prezidentə, əsgərlərə, zabitlərə və veteranlara minnətdarlıq bildirilib. Əliyeva onların qəhrəmanlığını, şücaətini, cəsarətini və dözümlülüyünü vurğulayaraq, Zəfər Gününün qalib xalq kimi qeyd olunmasına görə təşəkkür edib.
O, Vətən uğrunda həlak olan qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, onların doğmalarına və yaxınlarına səbir diləyib. Paylaşımda Azərbaycanda daim sülh və əmin-amanlığın hökm sürməsi arzulanıb.