QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən “Buzovnaneft” yaşayış binasının damında qanunsuz tikili aşkarlanıb.
Memar Elçin Əliyev bu barədə “Facebook” səhifəsində paylaşım edib. O, məsələyə görə Mədəniyyət Nazirliyinin birbaşa məsuliyyət daşıdığını bildirib.
Əliyev abidə statuslu binanın damında tikilən tikilinin nazirliyin razılığı ilə inşa olunub-olunmadığını, yaxud qurumun bundan yalnız işlər bitdikdən sonra xəbər tutduğunu sual edib.
Memarın sözlərinə görə, binanın tarixi görünüşü qorunub, lakin damında yeni “tarixi görkəm” yaranıb. O, tikilinin Xəzər dənizinə açılan fərdi mənzərəsi olduğunu da qeyd edib və vəziyyəti “Biabırçılıq!” adlandırıb.